Hamilə olduğunu doğuş zamanı öyrəndi - FOTO

ABŞ-də qeyri-adi olay yaşanıb.

Hamilə olduğunu doğuş zamanı öyrəndi - FOTO
ABŞ-də qeyri-adi olay yaşanıb.

meqale.com xəbər verir ki, ABŞ-nin Chesterfield bölgəsində yaşayan Becca Johnson üçüncü uşağına hamilə olduğunu doğum vaxtı bilib.

Johnson deyib ki, doqquz ay ərzində hamilə olduğunu bilməyib. İlk dəfə sentyabrın 9-u qəribə narahatlıq hiss edib. O səhər alt qarın hissəsində o qədər güclü ağrı hiss edib ki, xəstəxanaya gedib.

Həkimlər qadının şikayətlərini dinlədikdən sonra böyrək problemi və ya yumurtalıq kisti şübhəsini irəli sürüblər. Həkimlərlə danışarkən Johnson dünyaya uşaq gətirib. Məlum olub ki, o səhər ağrıları əslində doğuş sancıları imiş.

Johnson üçüncü uşağının doğulmasını möcüzə hesab edir. Qadın bildirib ki, evliliyinin ilk illərində o və həyat yoldaşı sonsuzluq müalicəsi almalı olub. 2016-cı ildə ilk dəfə uşaq dünyaya gətirib, lakin həkimlər bunu sadəcə təsadüf hesab ediblər. Həmin vaxt həkimlər ikinci hamiləliyin ehtimalının az olduğunu bildiriblər, amma 2024-cü ildə o, ikinci qızını doğub.