Hamılıqla Qarabağ Zəfərinə səs verəcəyik – Bərdə seçiciləri - VİDEO
Trend BİA fevralın 7-də keçiriləcək Prezident seçkilərinə hazırlıqla bağlı videoreportajları davam etdirir.
meqale.com xəbər verir ki, Trend-in Qarabağ bürosu bu dəfə Bərdə rayonunda səfərdə olub, seçicilərlə görüşüb, onların seçkilərlə bağlı fikirlərini öyrənib.
Seçicilər bildiriblər ki, qarşıdan gələn Prezident seçkilərinə yüksək həvəslə hazırlaşırlar.
Rayon sakinləri vurğulayıblar ki, Azərbaycanın ərazi bütövlüyü tam bərpa edildikdən sonra ilk dəfə bütün ölkə ərazisində keçiriləcək seçkilərdə hamılıqla iştirak edəcəklər və böyük qürur hissi ilə Qarabağ Zəfərinə səs verəcəklər.