Həlak olanların siyahısındakı şəxs Azərbaycan vətəndaşı deyil - XİN

Həlak olan şəxslərin siyahısındakı Hüseynov Vüqar Fuad oğlunun Azərbaycan Respublikası vətəndaşlığını təsdiq edən hər hansı bir sənədə malik olmadığı müəyyən edilib.

Mİlli.Az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd edək ki, "Crocus City Hall"da törədilən terror aktında ölən 41 nəfərin adı açıqlanıb. Siyahıda adı yer alan 1983-cü il təvəllüdlü Hüseynov Vüqar oğlunun azərbaycanlı olması ehtimal edilib.

Xatırladaq ki, Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərində yerləşən "Crocus City Hall"a daxil olan naməlum şəxslər insanlara atəş açıblar. Hadisə "Piknik" qrupunun konsertindən öncə baş verib.