Hepatit “A” virusu Ceyranbatan su anbarından yayılır? - VACİB AÇIQLAMA - VİDEO
Bakı ərazisində "sarılıq" xəstəliyi kimi tanınan Hepatit A virusunun yayılması ilə bağlı xəbərlər bütün diqqətləri Ceyranbatan su anbarına yönəldib.
meqale.com bildirir ki, virusun su anbarından yayıldığı iddia olunur. AzTV-nin əməkdaşları məsələni yerində araşdırmaq üçün Abşeron yarımadasını su ilə təmin edən Ceyranbatan su anbarında olub.
Qeyd edilib ki, Respublika Gigiyena və Epidemiologiya Mərkəzi ilə "Azərsu" ASC-nin sözügedən su anbarından səyyar laboratoriya vasitəsilə su nümunələri analiz edilib. Hər iki qurumun analizlərinin nəticəsi müqayisə edilib.