Hikmət Mirzəyevin keçmiş vəzifəsini icra edən Akif Pirverdiyev KİMDİR? – DOSYE

Xəbər verdiyimiz kimi, Xüsusi Təyinatlı Qüvvələrin Komandanı vəzifəsi general-mayor Akif Pirverdiyevə həvalə edilib.

Hikmət Mirzəyevin keçmiş vəzifəsini icra edən Akif Pirverdiyev KİMDİR? – DOSYE
Xəbər verdiyimiz kimi, Xüsusi Təyinatlı Qüvvələrin Komandanı vəzifəsi general-mayor Akif Pirverdiyevə həvalə edilib.

meqale.com bizim.media-ya istinadən Akif Pirverdiyevin dosyesini təqdim edir:

A.Pirverdiyev əslən Goranboy rayonundandır.  O, 44 günlük Vətən Müharibəsində iştirak edib. Prezidentin 9 dekabr 2020-ci il tarixli sərəncamı ilə "Zəfər" ordeni ilə təltif edilib.  2022-ci ildə isə General Pirverdiyev 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni və "Vətən uğrunda" medalı ilə təltif olunub. O, daha öncə Xüsusi Təyinatlı Qüvvələrin komandanının Maddi Texniki Təminat üzrə müavini olub. Sonradan XTQ-nin Qərargah rəisi vəzifəsinə yüksəlib. Xatırladaq ki, Xüsusi Təyinatlı Qüvvələrin əvvəlki komandanı general-leytenant Hikmət Mirzəyev idi. Vətən Müharibəsi Qəhrəmanı bir müddət əvvəl müdafiə nazirinin müavini-quru qoşunlar komandanı təyin edilib.