İçərisində insan qalıqları olan çanta tapıldı
Martın 7-də axşam Rusiyanın Leninqrad vilayətində içərisində insan qalıqları olan çanta tapılıb.
meqale.com lente istinadən bildirir ki, hadisə Vıborq rayonunun Simaqino kəndində hərbi məzarlığın yanında baş verib.
Şübhəli çanta tapdıqdan sonra bir nəfər polisə müraciət edib.
Baxış zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları onun içərisində ciddi dəyişikliklərə məruz qalmış insan bədəni parçaları aşkar ediblər.
Hazırda zəruri istintaq hərəkətləri aparılır.