İki avtomobil toqquşdu - ölən və yaralananların kimliyi məlum oldu - Yenilənib - FOTO

18:19 Lənkəranda baş verən qəzada xəsarət alanların kimliyi məlum olub.

İki avtomobil toqquşdu - ölən və yaralananların kimliyi məlum oldu - Yenilənib - FOTO
18:19 Lənkəranda baş verən qəzada xəsarət alanların kimliyi məlum olub.

meqale.com APA-ya istinadən bildirir ki, xəsarət alanlar "Tayota Prado"-nun sürücüsü Bakı şəhər Xəzər rayonun Binə qəsəbə sakini 1982-ci il təvəllüdlü Məmməd Rəcəbov, "Mercedes"-in sürücüsü Lənkəran rayonunun Haftoni kənd sakini 1981-ci il təvəllüdlü Mühəndis Rzayev, eləcə də hər iki nəqliyyat vasitəsində sərnişin qismində olan Lənkəran rayon sakini 1967-ci il təvəllüdlü Məlahət Mahmudova, 2014-cü il təvəllüdlü Akif Mahmudov, Lerik rayonunun Bırkandul kənd sakini 1998-ci il təvəllüdlü Alqayıt Əliyev, Bakı şəhər Binə qəsəbə sakini 2008-ci il təvəllüdlü Eldar Rəcəbli, 2013-cü il təvəllüdlü Hüseyn Rəcəblidir.

Yaralılardan 10 yaşlı Akif Mahmudov və 57 yaşlı Məlahət Mahmudovanın vəziyyətləri ağır olduğu üçün reanimasiya şöbəsinə yerləşdiriliblər. Akif Mahmudovun hələ də komada olduğu bildiril

-------- 16:03 Bu gün saat 12:40 radələrində Ələt-Astara magistral yolunun Lənkəran rayonu Boladi kəndindən keçən hissəsində baş vermiş ağır yol-nəqliyyat hadisəsi nəticəsində 5 nəfər (kişi cinsli), 1 nəfər (qadın cinsli), 1 nəfər (uşaq) "qapalı kəllə-beyin travmasl, çənə sümüyünün sınığı, sol kürək sümüyünün sınığı, alnın sıyrılmış yarası, üz nayihəsinin sıyrıntıs, sol əlin küt travması, dəqiqləşdirilməmiş koma" diaqnozları ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə meqale.com-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

Yaralılara zəruri ilkin tibbi xidmətlər göstərilib, azyaşlı və 1 nəfər (qadın cinsli) vəziyyəti ağır olaraq Reanimasiya şöbəsinə yerləşdirilib, digərlərinin müalicəsi Təcili yardım şöbəsində davam etdirilir.

Qeyd edək ki, hadisə nəticəsində 1 nəfərin həkiməqədər ölüm faktı təsdiqlənib.

---------- 15:00

Lənkəranda qəzada ölənlərin sayı iki nəfərə çatıb.

meqale.com APA-ya istinadən bildirir ki, qəza nəticəsində xəsarət alan 6 nəfər Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub, onlardan 3-nün vəziyyəti ağır qiymətləndirilib.

Həkimlər qəza nəticəsində ağır xəsarət alan 9 yaşlı uşağın həyatını xilas edə bilməyiblər.

---------- 13:16 Lənkəran rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

meqale.com APA-ya istinadən bildirir ki, hadisə Ələt-Astara magistralının 152-ci km-də olub.

"Toyota Prado" və "Mercedes" markalı minik avtomobilləri toqquşub, "Toyota Prado" aşıb.