İlk dəfə Sea Breeze-də "Monte-Karlo Əfsanələri" adlı beynəlxalq sirk proqramı başlayır

İlk dəfə Sea Breeze-də Sirk Oskar mükafatçısı Allahverdi İsrafilovun təşkilatçılığı ilə iyunun 1-dən "Monte-Karlo Əfsanələri" adlı beynəlxalq sirk proqramı başlayır.

İlk dəfə Sea Breeze-də
İlk dəfə Sea Breeze-də Sirk Oskar mükafatçısı Allahverdi İsrafilovun təşkilatçılığı ilə iyunun 1-dən "Monte-Karlo Əfsanələri" adlı beynəlxalq sirk proqramı başlayır.

Ənənəyə sadiq qalaraq şounun ilk günü xeyriyyə məqsədi ilə valideyn himayəsindən məhrum, sağlamlıq imkanları məhdud uşaqlar üçün təşkil olunacaq.

Bu sirk proqramında tamaşaçılar Monte-Karlonun beynəlxalq sirk festivalın artistlərinin sayəsində sehr dünyasına qərq olunacaqlar. Akrobatların, hava gimnastların və hoqqabazların fantastik hərəkətləri, klounların gülməli tamaşaları, dünyanı fəth edən Qarabağ atları və İgidləri hamını heyran edəcək.

Möhtəşəm şounun bir hissəsi olmaq üçün bu unikal şansı qaçırmayın. Özünüzə və yaxınlarınıza unudulmaz anlar bəxş edin.

Biletləri şəhərin bütün kassalarından və ya onlayn https://iticket.az/events/kids/circus-legends-of-monte-carlo

əldə edə bilərsiniz