İnsanın ən xoşbəxt yaş dövrü... – Alimlər açıqladı
Almaniyanın Köln İdman Universiteti, Bohum Rur Universiteti, Mainz Yohannes Qutenberq Universiteti və İsveçrənin Bern və Bazel universitetlərinin tədqiqatçıları "ən xoşbəxt yaş"ı tapmaq üçün birgə araşdırma aparıblar.
meqale.com axar.az-a istinadən bildirir ki, "Psychology Bulletin" jurnalında dərc olunan araşdırma ümumilikdə 460 min 902 iştirakçıdan 443 nümunənin məlumatlarına əsaslanır. Araşdırmaya görə, həyatdan məmnunluq 9-16 yaş arasında azalır, sonra 70 yaşa qədər yenidən yüksəlir. Bu yaşdan sonra isə həyatdan məmnunluq 96 yaşa qədər yenidən azalır. Mənfi emosional vəziyyətlər 9-22 yaş arasında bir qədər yüksəlir, sonra 60 yaşa qədər azalır və 60-dan sonra yenidən yüksəlir.
Köln İdman Universitetinin dosenti Suzanna Büker deyib: