İnsident araşdırılır: dodaq oxuyan mütəxəssis müəyyən edəcək
İspaniyada Cude Bellinqemlə Meyson Qrinvud arasındakı insident araşdırılacaq.
meqale.com publika.az-a istinadən xəbər verir ki, daha əvvəl sosial şəbəkələrdə yayılan bir videoda "Real"ın oyunçusunun ikinci hissədəki epizodlardan birində Qrinvudu "təcavüzkar" adlandırdığı iddia edilirdi.
Bununla belə, sosial şəbəkələrdə başqa versiya da var: guya Bellinqem təcavüzkar deyil ("zorlayan"), "zibil" ifadəsini işlədib.
"Marca" xəbər verir ki, "Real"ın futbolçusunun konkret nə dediyini dodaq oxuyan mütəxəssis müəyyən edəcək.
Bellinqemin Qrinvudu təhqir etdiyi sübut olunarsa, İspaniya Kral Futbol Federasiyası (RFEF) futbolçunu cəzalandıracaq, çünki La Liqanın sanksiyalar tətbiq etmək imkanı yoxdur. Hazırda federasiyanın "Real Madrid" oyunçusuna qarşı heç bir iddiası yoxdur.
Qeyd edək ki, 2023-cü ilin fevral ayının əvvəlində Böyük Mançester Polisi zorlamada günahlandırılan Qrinvuda qarşı bütün ittihamların ləğv edildiyini elan etdi. Yayda futbolçu ilə onu zorlamada ittiham edən qızın övladı olub.
Yayda Qrinvud icarə əsasında "Mançester Yunayted" dən "Xetafe" yə keçib.
meqale.com
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun