İnterneti pis olanlara yeni çarə
Amerika Birləşmiş Ştatlarının "SpaceX" şirkəti Florida ştatındakı kosmos bazasından 23 "Starlink" peykini orbitə göndərib.
meqale.com xəbər verir ki, bu barədə məlumat şirkətin "X" hesabında yayımlanıb.
"Starlink" peykləri xüsusilə internetə çıxışı çətin olan ərazilərdə genişzolaqlı internet xidmətləri təqdim etmək məqsədilə istehsal edilib. Şirkət tərəfindən həyata keçirilən bu buraxılış uğurla baş tutub.