“iPhone 16 Pro”nın rəngləri belə olacaq - FOTO
"iPhone 16 Pro" və "Pro Max" qara, ağ, boz və gümüşü rənglərdə olacaq.
meqale.com lente istinadən bildirir ki, seriyanın dörd rəngdə olacağı iddia edilən fotolar yayılıb.
Əsas "iPhone 16" və "16 Plus" isə beş rəngdə olacaq: qara, ağ, mavi, yaşıl və çəhrayı. Mənbələr bildirir ki, palitranın özü indiki seriyalarla müqayisədə daha doymuş olacaq.
"Apple"ın planlarında heç nə dəyişməzsə, "iPhone 16" sentyabrın ortalarında təqdim olunacaq.