"iPhone"lar 3 dəfə bahalaşa bilər
Əgər "iPhone" ABŞ-da istehsal olunmağa başlansa, onun qiyməti üç dəfə artacaq.
meqale.com xəbər verir ki, bu haqda CNN "Wedbush" investisiya şirkətinin hesablamalarına istinadən məlumat yayıb.
Məlumatda deyilir ki, əgər "Apple" şirkəti öz mobil telefonlarını Qərbi Virciniya və ya Nyu-Cersidəki zavodda istehsal etmək qərarına gəlsə, cihazın qiyməti 3500 dollar olacaq.
Məlumatda həmçinin qeyd olunur ki, əgər şirkət istehsalının yalnız 10 faizini ABŞ-a köçürsə, bu, üç il vaxta və 30 milyard dollara başa gələcək.