İşğaldan azad edilmiş ərazilərdəki seçki dairələrinə bülletenlər paylanılır
Fevralın 7-nə təyin edilmiş prezident seçkiləri üçün çap olunmuş büllütenlərin işğaldan azad olunmuş ərazilərdəki seçki dairələrinə paylanılmasına başlanılıb.
meqale.com Secki-2024.az-a istinadən xəbər verir ki, növbəti 2 gün ərzində bülletenlərin ölkənin qalan bütün seçki dairələrinə təhvil verilməsi və prosesin tam yekunlaşdırılması nəzərdə tutulur.
Seçki Məcəlləsi ilə müəyyənləşdirilmiş qaydada seçki bülletenləri dairə seçki komissiyalarına paylandıqdan sonra, səsvermə gününə azı 3 gün qalmışadək dairə seçki komissiyalarından məntəqə seçki komissiyalarına veriləcək.