“İsgəndər”lə zərbə: 1 ingilis müxbir öldü, 4 jurnalist yaralandı

Donetsk vilayətinin Kramatorsk şəhərində Rusiyanın İsgəndər-M sistemi ilə vurduğu otelin dağıntıları altında 19 saatlıq axtarışdan sonra ölmüş britaniyalı jurnalistin cəsədi tapılıb.

meqale.com axar.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Milli Polisi məlumat yayıb.

"Ruslar Kramatorskda bir əcnəbi jurnalisti öldürüb, 6 nəfəri yaralayıb", - məlumatda deyilir.

Əlavə edilib ki, yaralananlar arasında dörd müxbir - ABŞ, Almaniya, Latviya və Ukrayna vətəndaşları, həmçinin iki yerli sakin var.

Qeyd edək ki, Rusiya ordusu Kramatorskdakı otel binasına ötən gün zərbə endirib.