İstanbul derbisi: “Fənərbağça” son dəqiqə qolu ilə “Başakşehir”ə qalib gəldi - VİDEO

Türkiyə Super Liqasının 22-ci turunda lider "Fənərbağça" "Başakşehir"in qonağı olub.

İstanbul derbisi: “Fənərbağça” son dəqiqə qolu ilə “Başakşehir”ə qalib gəldi - VİDEO
Türkiyə Super Liqasının 22-ci turunda lider "Fənərbağça" "Başakşehir"in qonağı olub.

meqale.com oxuya istinadən xəbər verir ki, İstanbul derbisinin taleyini cəmi bir qol həll edib.

Oyun ərzində ev sahibi komandanın iki oyunçusu qırmızı vərəqə alaraq (45+2 və 90+3-cü dəqiqələrdə) meydandan qovulub.

"Başakşehir"in 9 nəfər qalması azmış kimi qapısına penalti də təyin edilib. Batşuayi 90+4-cü dəqiqədə 11 metrlik zərbəni dəqiq yerinə yetirərək komandasına qələbə qazandırıb - 0:1. Bu nəticədən sonra "Fənərbağça" 57 xalla liderliyini davam etdirir. "Başakşehir" isə 27 xalla 11-cı sıradadır.