Jozep Borrel: "Sülh normal bir hal deyil"
"Avropa unudub ki, sülh normal hal deyil, münaqişə daha normal vəziyyətdir, ona görə də indi Avropa İttifaqı (Aİ) tezliklə təhlükəsizlik sektorunda güclü oyunçuya çevrilməlidir".
meqale.com oxuya istinadən bildirir ki, bunu Aİ diplomatik xidmətinin rəhbəri Jozep Borrel Brüsseldə keçirilmiş təhlükəsizlik məsələlərinə həsr olunmuş Şuman Forumunu açarkən deyib.
"Uzun müddətdir ki, Avropada sülh normal bir vəziyyət olub. Amma, deyəsən, biz unutmuşuq ki, sülh normal hal deyil, münaqişə daha çox normal haldır. Buna görə də Avropa İttifaqı indi müdafiə və təhlükəsizlik sahəsində bacarıqlı oyunçuya çevrilməlidir", - deyə o bildirib.
meqale.com
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun