Kadırovun qızına yüksək vəzifə verildi
Çeçenistan rəhbəri Ramzan Kadırovun qızı Xədicət Kadırova administrasiya rəhbərinin birinci müavini təyin edilib.
Mill.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə regional parlamentin sədri Maqomed Daudov "VKontakte" səhifəsində məlumat verib.
Qeyd edək ki, buna qədər Xədicət Kadırova Qroznı şəhər meriyasının məktəbəqədər təhsil şöbəsinin müdiri idi.