“Kamilə görə mənə 8 il iş verdiniz...” - FOTO
İdmançı Kamil Zeynallı və daha 7 nəfərin külli miqdarda pulunu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunan "Oba Construction" tikinti şirkətinin müdiri Emil Ağayevin məhkəməsi yekunlaşıb.
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.
Əli Məmmədovun sədrlik etdiyi hakimlər heyətinin hökmü ilə Emil Ağayev 8 il müddətinə azadlıqdan məhrum edilib.
"Bir dənə Kamilə görə mənə 8 il iş verdiniz. Belə ədalət olmaz", - E.Ağayev hökmə münasibət bildirərkən deyib.