Kərkükdən Bakıya ilk reys açıldı - FOTO
Bu gün "İraqi Airways" aviaşirkəti ilk dəfə olaraq Kərkükdən Bakıya uçuşlara başlayıb.
meqale.com Trend-ə istinadən xəbər verir ki, bu barədə Azərbaycanın İraqdakı səfiri "X" sosial şəbəkə hesabında paylaşım edib.
Məlumata görə, gələcəkdə Ərbil-Bakı və Bəsrə-Bakı reyslərin açılışı da planlaşdırılır.