Kilsə təxribatları Paşinyanı devirmək üçün revanşist qüvvələrə kifayət edəcək? - VİDEOMÜSAHİBƏ

Keşiş Baqratın Ermənistanda başlatdığı "hərəkat"ın effekt doğurmayacağı hamıya məlum idi.

Kilsə təxribatları Paşinyanı devirmək üçün revanşist qüvvələrə kifayət edəcək? - VİDEOMÜSAHİBƏ
Keşiş Baqratın Ermənistanda başlatdığı "hərəkat"ın effekt doğurmayacağı hamıya məlum idi.

Bunu Trend-ə siyasi şərhçi Elçin Mirzəbəyli deyib.

O bildirib ki, bunu şərtləndirən amillər hələ 44 günlük müharibədən başlayan prosesdə də özünü büruzə verirdi.

"Emosional yükün və təzyiqin daha ağır olduğu zaman kəsiyində belə separatçı və təcavüzkar şüarlar üzərindən Ermənistanda hakimiyyət dəyişikliyinə nail olunması faktiki olaraq tamamilə iflasa uğradı. Biz bu prosesin daha sonra da cərəyan etdiyinin şahidi olduq.

Proseslər bir daha sübuta yetirdi ki, Ermənistan cəmiyyətinin əksər hissəsi bu qəbildən olan şüarların üzərindən Ermənistanda hakimiyyət dəyişikliyin baş verməsinə razı deyil. Baqrat baş nazir olacağını deyir. Lakin Ermənistan konstitusiyası buna imkan vermir", - o qeyd edib.

Daha geniş videomüsahibəni təqdim edirik: