Lamiyə 4 qat dünya çempionu oldu
Azərbaycan millisinin paraatleti Lamiyə Vəliyeva dünya çempionu olub.
meqale.com İdman.Biz-ə istinadən bildirir ki, təmsilçimiz Yaponiyanın Kobe şəhərində keçirilən dünya çempionatında fərqlənib.
T13 kateqoriyasında çıxış edən Vəliyeva 400 metr məsafəyə qaçışda bütün rəqiblərini arxada qoyub. O, finişə 55,03 saniyəyə çataraq dünya çempionu olub.