Londonda yanğın: 40 yanğınsöndürən maşın cəlb olundu

Londonun şərqində, Daqenham bölgəsində, həm yaşayış, həm də kommersiya məqsədləri üçün istifadə olunan binada gecə saatlarında baş verən yanğın nəticəsində iki nəfər xəstəxanaya yerləşdirilib, 100-dən çox sakin təxliyə edilib.

meqale.com Trend-ə istinadən xəbər verir ki, yanğının söndürülməsi üçün 225 yanğınsöndürən və 40 yanğınsöndürən maşın səfərbər olunub. Yanğının səbəbi hələlik məlum deyil.

Qeyd olunur ki, 2023-cü ilə aid planlaşdırma müraciətində binanın tələblərə uyğun olmayan üzlüklərlə örtüldüyü qeyd edilib. Yanğın zamanı həmin üzlüklərin sökülməsi işləri aparılırdı.