Lotereya qalibi uduşunu tələb etmədiyi üçün milyonlar itirdi
ABŞ-də lotereya qalibi öz uduşu üçün müraciət etmədiyinə görə 36 milyon dollar itirib.
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, bu haqda "Business Insider" yazıb.
Lotereya təşkilatçılarının sözlərinə görə, qalib əlaqə saxlamadığı üçün tirajın nəticələrini ləğv etməli olublar. Onlar bu hadisənin tarixdə ilk belə hal olduğunu bildiriblər. Bundan əlavə, milyonların sahibi ortaya çıxsa belə, ona həmin uduş verilməyəcək. Çünki qaydalar belədir.