Makron prezidentlikdən uzaqlaşdırılır: 81 deputat imzaladı

81 deputat Emmanuel Makronun Fransa prezidentliyindən uzaqlaşdırılmasını tələb edən qətnamə imzalayıb.

Makron prezidentlikdən uzaqlaşdırılır:  81 deputat imzaladı
81 deputat Emmanuel Makronun Fransa prezidentliyindən uzaqlaşdırılmasını tələb edən qətnamə imzalayıb.

meqale.com axar.az-a istinadən xəbər verir ki,  bu barədə "Radio Franceinfo" məlumat yayıb.

Sənədi "Yeni Xalq Cəbhəsi" blokundan 81 deputat imzaladığı iddia edilir ki, onlardan 72-si "Əyilməz Fransa" partiyasının üzvləridir.

Qətnamənin imzalanmasına səbəb Makronun blokun nümayəndəsini ölkənin baş naziri postuna təyin etməkdən görünməmiş şəkildə imtina etməsi olub.