Mbappe "Santyaqo Bernabeu"da debüt matçından danışdı: "Bu, əla andır"

Madrid "Real"ının futbolçusu Kilian Mbappe klubun doğma stadionu "Santyaqo Bernabeu"da La Liqa matçında "Valyadolid"ə qarşı keçirdiyi debüt oyunundan (3:0) sonra açıqlama verib.

Mbappe
Madrid "Real"ının futbolçusu Kilian Mbappe klubun doğma stadionu "Santyaqo Bernabeu"da La Liqa matçında "Valyadolid"ə qarşı keçirdiyi debüt oyunundan (3:0) sonra açıqlama verib.

meqale.com baku.ws-ə istinadən xəbər verir ki, bu barədə komandanın mətbuat xidməti məlumat yayıb.

"Bu, əla andır. "Santyaqo Bernabeu"da debüt etdiyim üçün çox xoşbəxtəm. Qələbə ilə başlaya bildik. Tribunada dəstək böyük idi", - Mbappe bildirib.

Xatırladaq ki, Mbappe ilə "Real Madrid" arasında müqavilənin imzalanması iyunun 3-də rəsmən açıqlanıb. Hücumçu Madrid klubuna azad agent kimi keçib. Bundan əvvəl forvard 2017-ci ildən çıxış etdiyi PSJ-də oynayıb.  İspaniya çempionatının cari mövsümündə Mbappe iki oyun keçirib, o, qol vurmayıb.

"Real Madrid"lə Mbappe artıq UEFA Super Kubokunu qazanıb.