Məscidlərdə bayram namazı hansı saatda qılınacaq?
İyunun 16-17-də Azərbaycanda Qurban bayramı qeyd ediləcək. Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının Qurban bayramı ilə bağlı fətvasında bayram namazının iyunun 16-da qılınacağı qeyd olunub.
meqale.com xəbər verir ki, Oxu.Az-ın əməkdaşı bir neçə məscidlə əlaqə saxlayaraq, bayram namazının saat neçədə qılınacağı ilə maraqlanıb.
Əjdərbəy məscidindən (Göy məscid) saytımıza verilən məlumata görə, Qurban bayramının namazı 8:00-da qılınacaq:
"Bəzən məscidə gələnlərin sayı çox olur. İki dəfə qılınır. Yer olmasa, iki dəfə qılınacaq. Amma 8:00-da başlayacaq".