Məşhur müğənni boşandı, keçmiş ərinə təzminat ödəyəcək
Məşhur müğənni Ariana Qrande boşanıb, keçmiş əri Dalton Qomezə təzminat ödəyəcək.
meqale.com lente istinadən xəbər verir ki, üç illik evliliklərinə son qoyan 30 yaşlı müğənni Ariana Qrande və 28 yaşlı daşınmaz əmlak brokeri Dalton Qomez ərizə verdikdən 6 ay sonra rəsmi olaraq boşanıblar.
Evlilik müqaviləsinə görə, Qrande Qomezə boşanma təzminatını ödəyəcək. Buna səbəb Ariananın ərinə xəyanət etməsi göstərilir.
Razılaşmaya görə, Ariana Qrande Dalton Qomezə 1 milyon 250 min dollar (birdəfəlik) ödəyəcək, Los-Ancelesdəki evinin satışından əldə olunan gəlirin yarısını ona verəcək. O, vəkilinə 25 min dollar ödəyib.
Qeyd edək ki, cütlüyün övladı yoxdur.