Milli komandanın sabiq üzvü güllələndi
Futbol üzrə Boliviya yığmasının keçmiş futbolçusu Serxio Xaureqi güllələnib.
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Meksikada olub.
Belə ki, adıçəkilən ölkənin həvəskar komandaları arasında keçirilən oyunda 38 yaşlı futbolçu su içmək üçün kənara gəlib. Həmin vaxt naməlum şəxs onu güllələyib və hadisə yerindən qaçıb.
6 güllə yarası alan oyunçunun həyatını xilas etmək mümkün olmayıb.