Milli Müdafiə Universitetində yeni kursun açılış mərasimi keçirildi - FOTO
Fevralın 1-də Milli Müdafiə Universitetinin Hərbi İdarəetmə İnstitunun "Strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə akademik kursu"nun növbəti qəbulunun açılış mərasimi keçirilib.
Bu barədə meqale.com-a Müdafiə Nazirliyindən məlumat verilib.
Digər dövlət qurumlarının nümayəndələrinin də iştirak etdiyi tədbirdə Hərbi İdarəetmə İnstitutunun rektoru polkovnik Bəbir Quliyev akademik kursun açılışı münasibətilə Müdafiə Nazirliyinin və Milli Müdafiə Universitetinin rəhbərliyi adından iştirakçıları təbrik edib, onlara tədrisdə uğurlar arzulayıb.