Millimizdən yeni rekord

Paraatletika üzrə Azərbaycan milli komandası tarixi nəticəyə imza atıb.

Millimizdən yeni rekord
Paraatletika üzrə Azərbaycan milli komandası tarixi nəticəyə imza atıb.

meqale.com İdman.Biz-ə istinadən bildirir ki, yığmamız bu rekorda Yaponiyanın Kobe şəhərində təşkil edilən dünya çempionatında nail olub.

Yarışı ümumilikdə 4 qızıl medalla başa vuran paralimpiyaçılarımız ilk dəfə dünya çempionatında belə yüksək nəticə əldə ediblər. Bunadək ən yaxşı göstərici 2011-ci ildə Yeni Zelandiyada keçirilmiş mundialda (3 qızıl, 1 gümüş, 2 bürünc) qeydə alınmışdı.