Mobil Filmlərin qəbulu başa çatdı
Fikir çəkmə, telefona çək!
31 yanvar 23:59-da CINEMO ilk Mobil Film Festivalına mobil filmlərin qəbulu başa çatdı. Bu barədə Festivalının təsiçisi və direktoru Ruslan Sabirli bu barədə məlumat verib: "Bu gündən etibarən Təşkilat Komitəsi tərəfindən ölkənin ilk mobil film festivalı olan CINEMO-ya təqdim olunan filmlərə baxış keçirilir və festivalın tələb və şərtlərinə uyğunluğu yoxlanılır. Bütün prosedurlar keçildikdən sonra filmlər Münsiflər Heyətinə təqdim ediləcək. Hər bir iştirakçıya uğurlar arzulayıram!"
Xatırladaq ki, festival qaliblərini aşağıdakı məbləğlərdə pul mükafatı gözləyir:
"Fikir çəkmə, telefona çək" sloqanlı CINEMO Mobil Film Festivalının məqsədləri gənclərin yaradıcı fəallığının dəstəklənməsi, gənclər arasında mobil film istehsalının populyarlaşdırılması, gənclərin mobil çəkiliş sahəsində biliklərinin artırılması, istedadlı mobiloqraf və kinematoqrafların üzə çıxarlıması, mobil filmin geniş imkanları vasitəsilə sosial dəyərlərin təbliği, istedadlı gənclər arasında yaradıcı əlaqələrin qurulmasıdır.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilmiş "Yaradıcı Həftə" çərçivəsində start götürmüş CINEMO Mobil Film Festivalı Azərbaycan Respublikası Kino Agentliyinin dəstəyi ilə keçirilir.
Qaliblərin Mükafatlandırma Mərasimi Şərqi Avropa və Mərkəzi Asiya üzrə TikTok yayımçıları icmasının rəsmi səhifəsində https://www.tiktok.com/@tiktoklive_cis canlı yayımlanacaq.
Festivalda iştirak şərtləri, filmlərə tələblər, mükafat fondu və s. barədə ətraflı məlumatı festivalın www.cinemoff.com internet səhifəsindən və ya festivalın sosial şəbəkələrdəki hesablarından əldə etmək mümkündür:
E-mail: [email protected]
Facebook: https://www.facebook.com/cinemoff
Instagram: https://www.instagram.com/cinemoff/
Youtube: https://www.youtube.com/@cinemoff