MSK prezident seçkiləri ilə əlaqədar IT mütəxxəsisləri üçün seminarlara başladı

Fevralın 7-də keçiriləcək prezident seçkiləri ilə əlaqədar yanvarın 24-də Mərkəzi Seçki Komissiyasında (MSK) dairə seçki komissiyalarının informasiya texnologiyaları (IT) üzrə mütəxəssisləri üçün seminarlara başlanılıb.

meqale.com Secki-2024.az-a istinadən xəbər verir ki, seminarın təşkilində məqsəd dairə seçki komissiyalarının informasiya texnologiya üzrə mütəxəssislərini Dövlət Avtomatlaşdırılmış İnformasiya Sisteminin (DAİS) təkmilləşdirilən imkanları barədə məlumatlandırmaq, DAİS-in proqram təminatları ilə birbaşa və praktiki istifadənin təmin edilməsi, habelə iştirakçıları maraqlandıran məsələlərin əyani şəkildə izah edilməsidir.

IT mütəxəssisləri seminarlarda praktiki məşğələlərlə test rejimində işləyəcəklər.

Seminarlara yanvarın 26-da yekun vurulacaq.