NATO Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesini dəstəkləyir
NATO Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesini dəstəkləyir.
meqale.com Trend-ə istinadən xəbər verir ki, bu barədə NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə yeni xüsusi nümayəndəsi Xavyer Kolomina erməni KİV-inə müsahibəsində deyib.
Onun sözlərinə görə, hər iki ölkənin ərazi bütövlüyü və suverenliyinin tanınması mühüm əhəmiyyət kəsb edir və normallaşma prosesinin əsasını təşkil edir.
"Biz sülh danışıqlarının mümkün qədər tez bir zamanda bərpa olunmasını istərdik. Bilirik ki, danışıqların müxtəlif formatları var", - o deyib.
NATO rəsmisi bildirib ki, davamlı sülh bütünlükdə Cənubi Qafqaz regionunda sabitlik üçün çox vacibdir.