Naxçıvanda yolda qaya uçqunu oldu

Cəhri-Buzqov avtomobil yolunda qaya uçqunu baş verib.

Naxçıvanda yolda qaya uçqunu oldu
Cəhri-Buzqov avtomobil yolunda qaya uçqunu baş verib.

meqale.com APA-ya istinadən bildirir ki, hadisə yolun 18-20-ci km-də qeydə alınıb. Qaya parçaları yolun hərəkət hissəsinə düşüb və avtomobillərin hərəkətini məhdudlaşdırıb.

Sözügedən yolda yaranmış problemlə bağlı dərhal əraziyə Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin xüsusi texnikası və canlı qüvvəsi cəlb edilib.