Nazir Anar Fərəczadəyə yüksək vəzifə verdi
Heydər Əliyev Sarayında yeni təyinat olub.
Oxu.Az-ın məlumatına görə, mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmrinə əsasən, Anar Nizami oğlu Fərəczadə Heydər Əliyev Sarayının direktor müavini təyin edilib.
Qeyd edək ki, A.Fərəczadənin 40 yaşı var. O bu təyinatadək Heydər Əliyev Sarayında baş administrator vəzifəsində çalışıb.