Nazir Kopenhagendə iqlim məsələləri üzrə dünya liderləri ilə görüşdü
Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasının (COP29) prezidenti Muxtar Babayev Kopenhagendə (Danimarka) ətraf mühit nazirlərinin iclasında iqlim məsələləri üzrə dünya liderləri ilə görüşüb.
meqale.com Trend-ə istinadən xəbər verir ki, bu barədə COP29-un "X" sosial şəbəkə hesabında paylaşım edilib.
Bildirilib ki, M.Babayev Danimarkanın inkişaf, əməkdaşlıq və qlobal iqlim siyasəti üzrə naziri Dan Yorgensen, Böyük Britaniyanın enerji təhlükəsizliyi və emissiyaların sıfır səviyyəsinə nail olunması strategiyası məsələləri üzrə naziri Qrem Stüart da daxil olmaqla, qlobal iqlim məsələləri üzrə dünya liderləri ilə görüşüb.