Netanyahu HAMAS-ın atəşkəs təklifini rədd etdi
İsrailin Baş naziri Benyamin Netanyahu HAMAS-ın Qəzzada atəşkəslə bağlı təklifini rədd edib.
meqale.com APA-ya istinadən bildirir ki, bu barədə İsrailin "KAN" telekanalı məlumat yayıb.
Bildirilib ki, sonuncu müzakirələr zamanı səsləndirilən təklif İsrailin hökumət başçısına çatdırılsa da o axırıncı HAMAS döyüşçüsü qalanadək mübarizənin davam etdiriləcəyini bildirib.