Növbəti köç karvanı Füzuli şəhərinə çatıb - YENİLƏNİB - FOTO
16:58 Ölkənin müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Füzuli şəhərinə çatıb.
meqale.com report-a istinadən xəbər verir ki, şəhərdə doğma yurduna qayıdanların qarşılanma mərasimi keçirilib.
Bu gün Füzuliyə 30 ailə (125 nəfər) dönüb.
Bununla da Füzuli şəhərinə qayıdan ailələrin sayı 470-a (1750 nəfər) çatıb.
-------- 07:04 Yanvarın 24-də Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundan Füzuli şəhərinə yola salınıb.
meqale.com AZƏRTAC-a istinadən bildirir ki, xəbər verir ki, bu mərhələdə Füzuliyə daha 30 ailə (125 nəfər) köçürülüb.
Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb. Doğma yurda qayıdan Füzuli sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.
Qeyd edək ki, indiyədək Füzuli şəhərində 470 ailənin (1750 nəfər) daimi məskunlaşması təmin edilib.