Od çərşənbəsini necə və niyə qeyd edirik?

Bugün Novruz bayramının ikinci günü olan Od Çərşənbəsi qeyd edilir. Od çərşənbəsi qədim zamanlardan bəri insanların inamlarında və mədəniyyətində xüsusi yer tutmuş təbiətə və onun elementlərinə olan hörməti əks etdirən bir gündür.

meqale.com xəbər verir ki, türklərin və digər qədim xalqların inancına görə, od müqəddəs bir simvol olaraq insan həyatında mühüm rol oynayıb. Bu inanca əsasən, od insanı pisliklərdən, xəstəliklərdən və şərdən təmizləyir, həmçinin xeyirin qələbə çalacağına olan inancı ifadə edir. Od çərşənbəsi odun və Günəşin müqəddəs sayıldığı dövrlərdən qalma bir ənənədir. Odun alovundan qorunmaq və ona yaxınlaşmaq, insanları həm fiziki, həm də ruhsal cəhətdən təmizləyirdi.

Bu günün ən məşhur adəti tonqal yandırmaqdır. İnsanlar alovun üzərindən tullanaraq öz daxili çirkablarını, pis əhval-ruhiyyələrini və narahatlıqlarını yandırırlar. Eyni zamanda, ocağın üzəri boş qalmaz, qazanlar qaynar və bu, evdə bərəkətin olmasına işarədir. Bu ənənə, ili bərəkətli və uğurlu keçirmək üçün edilir.

Od çərşənbəsi həmçinin ilin isti və bərəkətli olacağına inamın təzahürüdür. Ənənəyə görə, tonqalın qalan alovu da bu bərəkətin və bolluğun simvoludur. Odun əhəmiyyətini və müqəddəsliyini bu qədər vurğulayan bu adət, həm də təbiətə, onun elementlərinə olan hörməti göstərir.