Onlar Azərbaycanla döyüşməyi təklif edirlər?
Hesab edirəm ki, Ermənistandakı mitinqlər uğursuz olacaq. Hazırda onların uğur üçün heç bir potensialı yoxdur.
meqale.com axar.az-a istinadən xəbər verir ki, bunu Siyasi Araşdırmalar İnstitutunun direktoru, politoloq Sergey Markov Ermənistanda baş verən mitinqləri şərh edərkən deyib.
"Mitinqdə iştirak edənlər alternativlərinin nədən ibarət olduğunu açıq-aydın ifadə edə bilmirlər. Onlar Qarabağın Azərbaycanın olmasını istəmirlər. Onlar Azərbaycanla döyüşməyi təklif edirlər? Xeyr, onlar savaşmaqdan qorxurlar, onlar bilirlər ki, Ermənistan məğlub olacaq", - Markov qeyd edib.