Onlardan başqa müraciət edən hər kəsin namizədliyi qeydə alınıb - MSK sədri
Sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərinə hazırlıq, namizədlərin qeydə alınması normal səviyyədə həyata keçirildi.
meqale.com Trend-ə istinadən xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında qurum sədri Məzahir Pənahov deyib.
O bildirib ki, proses zamanı sənədləri yerində olmayan iddiaçılardan başqa müraciət edən hər kəsin namizədliyi qeydə alınıb:
"Təşviqat mərhələsinə gəlincə, çox geniş imkanlar yaradıldı, harada seçicilərlə görüş imkanı var idisə, orada da yer ayrıldı. Ona görə təşviqatla əlaqədar heç bir müraciət daxil olmadı".