Özcan Deniz ailə üzvləri ilə düşmən oldu

Məşhur türk müğənnisi Özcan Deniz ailə üzvləri ilə düşmən olub.

Özcan Deniz ailə üzvləri ilə düşmən oldu
Məşhur türk müğənnisi Özcan Deniz ailə üzvləri ilə düşmən olub.

meqale.com lente istinadən xəbər verir ki, müğənni və aktyor Özcan Deniz həm də meneceri olan böyük qardaşı Ercan Denizlə dava edib. Bu barədə müğənni öz sosial şəbəkə hesabında məlumat yayıb.

Bir-birinin ardınca emosional paylaşımlar edən sənətçi yeganə ailəsinin oğlu Kuzey və həyat yoldaşı Samar Dadgar olduğunu bildirib.

Buna səbəb bir müddət öncə Erzan Denizin  verdiyi müsahibədə  "Hər ailədə belə bir hərəkətverici qüvvə var. Biri pul qazanır, o biri qardaş dolanır. Allah o pulu ona tək yeməsi üçün vermir" deməsi olub. 

52 yaşlı Özcan Deniz qardaşından inciyərək, "Ən yaxın ailə üzvləriniz olsa belə, stressi idarə edə bilməyən bir insandan uzaq durun. Çünki o, doğru-yalana əhəmiyyət vermir. O, sizi qurban verəcək qədər irəli gedəcək. İstəsəydilər, uğrunda canımı verərdim insanların çoxunu həyatımdan çıxardım. Çünki onların yoxluğuna üzülmək, etdiklərinə üzülməkdən daha asandır.