Özcan Deniz qardaşını və ailəsini sildi - SƏBƏB
Məşhur müğənni Özcan Deniz qardaşı və ailə üzvlərindən imtina edib.
meqale.com baku.ws-ə istinadən bildirir ki, o gecə yarı etdiyi paylaşımı ilə gündəm olub.
Sənətçi qardaşı ilə iş müqavilələrini ləğv edib. Uzun müddətdir ona maddi və mənəvi ziyan vuran yaxınlarını, xüsusən də meneceri olan qardaşı Ercan Dənizi həyatından uzaqlaşdırdığını açıqlayıb.
Qardaşına görə keçmişdə dəfələrlə iflasa uğrayan, lakin hər şəraitdə ailəsinin yanında olmağa davam edən Deniz bir müddət əvvəl onunla yollarını ayırıb.
Məkanlar və şirkət rəhbərliyi ilə bağlı Ercan Dənizlə razılaşa bilməyən Özcan sadəcə öz komandası ilə davam etmək qərarına gəlib.
meqale.com
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun