Paşinyan Mişellə Bakı-İrəvan razılaşmasını müzakirə etdi
Ermənistan Baş naziri Nikol Paşinyanın Avropa Birliyi Şurasının Prezidenti Şarl Mişellə Brüsseldə keçirdiyi görüşün təfərrüatı bəlli olub.
meqale.com axar.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Nikol Paşinyan və Şarl Mişel Azərbaycan və Ermənistan liderlərinin ötən ilin mayın 14-də və iyulun 15-də danışıqları zamanı əldə olunmuş razılaşmaların yerinə yetirilməsinin vacibliyindən danışıblar.