Paşinyanın canfəşanlığı: bacaracaqmı? - Markedonov

"Ermənistan Respublikasına yeni Konstitusiya lazımdır. Konstitusiya dəyişikliyi yox, yeni Konstitusiya". Paşinyan bu tezisi Ədliyyə Nazirliyinin əməkdaşları ilə görüşündə onlara ünvanlayıb. Bu bəyanat açıq şəkildə korporativ görüş çərçivəsindən kənara çıxır. Dövlətin əsas qanunu təkcə peşəkar hüquqşünaslara və hüquq-mühafizə orqanlarının əməkdaşlarına deyil, həm də bütün ölkə vətəndaşlarına aiddir.

meqale.com axar.az-a istinadən bildirir ki, bunu ermənipərəst rusiyalı politoloq Sergey Markedonov deyib

"Paşinyan ilk dəfə deyil ki, Konstitusiyaya dəyişiklik edilməsinin zəruriliyindən danışır. O, 2018-ci ildə çətinliklə Baş nazir postunu tutaraq bu məsələni dəfələrlə qaldırıb və çoxistiqamətli siqnallar göndərib. Nikol həm prezidentə real səlahiyyətlərin qaytarılmasından, həm də parlament respublikasının qorunub saxlanmasından bəhs edib. Bu ilin yanvarında parlamentarizmin lehinə çıxış edən Nikol onun demokratik istək və strategiyasını nəzərə alaraq, bu idarəetmə formasını Ermənistan üçün ən əlverişlisi adlandırdı. Niyə "burada və indi" Konstitusiya mövzusu Ermənistan hökumətinin başçısı üçün bu qədər vacib oldu? Bunun bir neçə səbəbi var.