Plenerlərdə yaradılmış əsərlər Xətai Sənət Mərkəzində sərgilənəcək

Azərbaycan Rəssamlar İttifaqının üzvləri-Əbdüləmi Əliyev, Süleyman Hüseynov ,Əmrah Mədətov  və Sabbar Manafov son bir il ərzində  Abşeronunun  müxtəlif  güşələrində silsilə plenerlərə çıxmış və fərqii məkanlarda etüdlər etmişlər.

Ərsəyə gəlmiş etüd əsərlər Azərbaycan Rəssamlar İttifaqının dəstəyi ,Xətai Sənət Mərkəzinin təşəbbüsü və təşkilatçlığı ilə 3-4-5 mart tarixlərində Xətai Sənət Mərkəzində sərgilənəcək.

Sərgi 3 mart 2025-si il saat 17:00 açılacaq. Sərgidə 4 rəssamın yağlı boya və akvarel texnikalarında ümumilikdə 60-a yaxın etüd əsərinin sərgilənməsi nəzərdə tutulmuşdur.

Məqsəd rəssamlarımızı plenerə çıxmağa təşfiq etmək, həmçinin, təsviri sənət həvəskarlarına təbiətin canlı rənglərini rəsm əsərlərində göstərməkdir. Həmçinin,sərgidə rəssamın özündən əsər əldə etmək olar. Sənətsevərləri sərgini seyr etməyə dəvət edirik. Giriş sərbəstdir.