“Prezident imzalamasa, bunu mən edəcəyəm” - Papuaşvili

"Xarici təsir" qanununu Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili imzalayacaq.

“Prezident imzalamasa, bunu mən edəcəyəm” - Papuaşvili
"Xarici təsir" qanununu Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili imzalayacaq.

meqale.com APA-ya istinadən bildirir ki, bu barədə spiker jurnalistlərə açıqlamasında bildirib.

O, vetonun götürülməsindən sonra qanunun imzalanması üçün Prezidentə göndərildiyini qeyd edib.

"Qanun dünən Prezident Administrasiyasına göndərilib. Böyük ehtimal ki, o qanunu imzalamayacaq, ona görə də qanunu mən özüm imzalayacam", - Papuaşvili deyib.

Qeyd edək ki, Gürcüstan parlamenti ötən gün Prezident Salome Zurabişvilinin "Xarici təsirin şəffaflığı haqqında" qanuna vetosunu ləğv edib. Müxalifətin boykot etdiyi səsvermədə 84 deputat qərarın lehinə, 4 deputat əleyhinə səs verib.