Putin dayanmır, müharibəyə hazırlaşmalıyıq - Leyen
Rusiyanın Ukraynadakı aqressiv hərəkətləri və Kreml rəhbəri Vladimir Putinin dəfələrlə təhdidləri fonunda Avropa Birliyi mümkün müharibəyə hazırlaşmalı və birgə silahlanması üçün addımlar atmalıdır.
meqale.com axar.az-a istinadən bildirir ki, bunu Avropa Komissiyasının sədri Ursula fon der Leyen deyib.
"Putin kimi danışan və davranan hər kəs sülh istəmir, davam etmək niyyətindədir. Əgər qitəmizdə sülhü qorumaq istəyiriksə, o zaman müdafiəyə sərmayə qoymalıyıq", - Leyen bildirib.