Putin Özbəkistana gedəcək

Rusiya prezidenti Vladimir Putin mayın 26-dan 27-dək Özbəkistana dövlət səfəri edəcək.

Putin Özbəkistana gedəcək
Rusiya prezidenti Vladimir Putin mayın 26-dan 27-dək Özbəkistana dövlət səfəri edəcək.

meqale.com Trend-ə istinadən bildirir ki, bu barədə Rusiya Federasiyası Prezidentinin köməkçisi Yuri Uşakov deyib.

Y.Uşakov bildirib ki, səfər zamanı Vladimir Putin yalnız Daşkəndə səfər edəcək.

O, həmçinin bildirib ki, ilk tədbirlər mayın 26-da başlayacaq və həmin gün axşam saatlarında iclas keçiriləcək.

Özbəkistana səfər zamanı bir sıra sənədlərin imzalanması planlaşdırılır.